UNİVERSİTETİ BİTİRDİKDƏN SONRA

Lublin – də iş

Lublin innovasiya və müasir biznes proseslərinin mühüm iqtisadi mərkəzinə çevrilmişdir. Lublin – də fəaliyyət göstərən İT şirkətlərinə aşağıdakılar daxildir: Asseco Business Soluutions, Eleader and CompuGroup Medical Polska. Bundan əlavə, şəhərdə yerləşən URSUS, Inergy Automotive Systems Poland, Daewon, MW Poland kimi istehsalçılar ilə Lublin avtomobil sənayesi sahəsində vacib mərkəzə çevrilmişdir. Universitet və akademik müəssisələr tərəfindən təklif olunan tədqiqat infrastrukturu aşağıdakı əsas iştirakçılar ilə biotexnologiya və əczaçılıq sektorlarının sürətli inkişafına imkan verir: Biomaxima, BIOMED – LUBLIN, PZ CORMAY. Bundan əlavə, Solidarność, Pszczółka, Herbapol, Apis, Lubella, Perła and Stock kimi görkəmli şirkətlərin baş ofisi Lublin – də yerləşir.

Lublin – də elm

Məzun olduqdan sonra siz akademik karyeranızı qura bilərsiniz. Ümumilikdə, Lublin – dəki universitetlər 45 Fəlsəfə Doktoru proqramı, o cümlədən İngilis dilində keçilən kurslar təklif edir. Sürətlə inkişaf edən akademik mərkəzlər hal- hazırda innovativ tədqiqat aparan və başqaları ilə ən yaxşı təcrübələri paylaşan gənc alimlərin axtarışındadır.

UMCS Karyera Ofisi

Karyera ofisimiz yataqxanalara və tədris binalarına yaxın olan əsas kampusda yerləşir. O, rezumelərini genişləndirmək istəyən tələbələrə yardım göstərir, karyera məsləhəti verir, psixoloji dəstək verir, eləcə də, iş axtarışına necə və haradan başlanılmasına dair təlimat və göstərişlər verir.

Karyera Ofisi ilə əlaqə: 

ul. Sowińskiego 12/5
20-040 Lublin
e-mail: brk@umcs.pl
www.facebook.com/BiuroRozwojuKompetencji