TƏQAÜDLƏR

UMCS – in Təqaüd Fondu

Bu təqaüd aşağıdakı sahələrdə böyük uğur və nailiyyət qazanan ən yaxşı tələbələrimizə verilir: təbiət elmləri, idman, incəsənət və ya sosial fəaliyyətlər.

Ən yaxşı tələbələr üçün Rektor Təqaüdü:

Təhsil ilə bağlı bütün fəaliyyətlər və əlavə tədris fəaliyyətləri üçün toplanan ballar əsasında verilən təqaüd.

Beynəlxalq Tələbələr İdarəsi ilə əlaqə saxlamaqla, UMCS – də beynəlxalq tələbələr üçün mövcud olan təqaüdlər haqqında ətraflı məlumat əldə edin:

UMCS Beynəlxalq Tələbələr İdarəsi
Maria Curie-Sklodowska Universiteti

Lublin, Polşa
DS. Grzes, ul. Langiewicza 24, 20-035 Lublin
Polşa
tel./faks +48 81 537 29 26
Qəbul sorğuları: studyinenglish@umcs.pl

Lublin şəhəri tərəfindən təklif olan təqaüdlər:

Lublin merinin bələdiyyə təqaüd proqramı

Lublin merinin akademik təqaüdü Lublin şəhərinin və regionun inkişafına töhfə verə biləcək və ya elmin inkişafına əhəmiyyətli töhfə verə biləcək elmi və ya bədii fəaliyyət ilə məşğul olan, təqaüd üçün müraciət etməzdən əvvəl sonuncu iki akademik ili qalan I və ya II dərəcəli tələbələr, doktorantlar və əyani təhsil alan tələbələr üçün nəzərdə tutulur.

Təqaüd aşağıdakı şəxslərə verilə bilər:

  • Ali təhsil alan (birinci və ya ikinci dərəcəli və ya vahid magistratura təhsili);
  • doktorantura təhsili alan.

Bu və digər təqaüdlər haqqında əlavə məlumat otaq No. 7 və telefon nömrəsi +48 81 466 39 82 olan Lublin şəhərinin Təhsil İdarəsindən əldə edilə bilər.

Həmçinin, suallarınızı email vasitəsilə də verə bilərsiniz: studyenglish@eiu.edu.pl