TƏHLÜKƏSİZLİK

Təcili nömrələr:

  • 112 – ümumi təcili nömrə
  • 997 – Polis
  • 998 – Yanğın Bölməsi
  • 999 – Ambulans (Təcili tibbi yardım)

Əcnəbilərin şəhərdə qalması məsələsi ilə məşğul olan Lublin Şəhər İdarəsi Əcnəbilər üçün Məlumat Bürosudur. Əcnəbilər üçün Məlumat Bürosu pulsuz olaraq və hər gün Lublində yaşayan əcnəbilərə məlumat vermək vəzifəsini daşıyır. Biz Lublin Şəhər İdarəsi tərəfindən göstərilən xidmətlər haqqında məlumatları təqdim edirik, eləcə də, əlaqə məlumatları, digər qurumlar (məs. dövlət administrasiya institutları və ya əcnəbilərin xeyrinə çıxış edən digər qurumlar) tərəfindən həyata keçirilən tapşırıq və prosedurlar ilə bağlı əsas məlumatları təmin edirik. Biz həmçinin bu təşkilatlar tələb edərlərsə, Ali Təhsil Müəssisələrində, əcnəbilər üçün işləyən təşkilat və institutlarda onlar üçün informasiya brifinqlərini həyata keçiririk.

Dəstək bir neçə dildə göstərilir: İngilis, Fransız, Alman, Polşa, Portuqal, İspan, Rus, Ukrayna

Ünvan:

ul. Wieniawska 14 (1- ci mərtəbə) 
20-071 Lublin 
Tel.: +48 81 466 1009 
Faks: +48 81 466 1003 
e-mail: cudzoziemcy@lublin.eu 

Aşağıda qeyd olunan vaxtlarda Əcnəbilər üçün Məlumat Bürosunun xidmətlərindən sərbəst şəkildə istifadə edə bilərsiniz:

  • · Bazar ertəsi, Çərşənbə axşamı saat 7:45 – dən 16:45 - ə kimi,
  • ·Çərşənbə, Cümə axşamı, Cümə günləri saat 7:45 – dən 15:15 - ə kimi.